AZ

"Traktor" sıralarına xorvat oyunçu cəlb etdi

Son İran çempionu "Traktor" xorvatiyalı futbolçu transfer edib.

Fanat.Az Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.

30 yaşlı yarımmüdafiəçi müdafiədə də oynayır.

"Dinamo"nun (Zaqreb) yetirməsi olan Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Polşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.

Seçilən
1
6
fanat.az

10Mənbələr