Qlobal istilərin artması ilə ölüm saylarının yaxın gələcəkdə daha da çoxalacağı ehtimal edilir.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000–2019-cu illər arasında hər il təxminən 489,000 nəfər istiliyə bağlı səbəblərdən dünyada həyatını itirib. Üstəlik, yalnız 2023-cü ildə Avropada bu səbəbdən 47,690 nəfər ölüb. Cari ilin iyun-iyul aylarında Avropada 12 şəhərdə baş verən 10 günlük intensiv istilik dalğası nəticəsində təxminən 2,300 nəfər həyatını itirib. Onların 1,500-nə qədəri birbaşa iqlim dəyişməsi ilə əlaqələndirilir.İndiyədək istiliklə bağlı ölüm hallarının qlobal səviyyədə illik ortalama sayı yarım milyonu keçir.