AZ

Gündə iz buraxan an! Əminə Ərdoğan yoldaşının çiynində ağladı - FOTO

"Terrorsuz Türkiyə üçün yeni səhifə açılır”.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan PKK-nın tərksilah prosesi ilə bağlı verdiyi tarixi çıxışı ilə gündəmə gəlib. O, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kızılcahamamda keçirilən 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edərək həm siyasi, həm də sosial baxımdan mühüm mesajlar səsləndirib.

Ərdoğan çıxışında “Terrorsuz Türkiyə” hədəfinə diqqət çəkərək, ölkədə əmin-amanlıq və milli birlik üçün yeni bir səhifənin açıldığını bəyan edib. Onun xüsusilə türk və kürd xalqları arasında çoxəsrlik qardaşlıq bağlarına vurğu etməsi zalda iştirak edənlər tərəfindən uzun sürən alqışlarla qarşılanıb.

Toplantıda emosional anlar da yaşanıb. Prezidentin həyat yoldaşı Əminə Ərdoğan çıxış zamanı duyğulanaraq göz yaşlarını saxlaya bilməyib. Ərdoğanın çıxışının sonunda səhnəyə qalxaraq onu qucaqlayıb və çiynində ağlayıb. Bu anlar zalda iştirak edənlərə də dərin təsir bağışlayıb.

Emosional görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. AK Partiyanın rəsmiX (keçmiş Twitter)hesabında ürək emojisi ilə paylaşılan foto minlərlə bəyənmə və şərh toplayıb.

Əminə

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
1
turkustan.az

2Mənbələr