"Liverpul" İbrahima Konate ilə razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, Mersisayd klubu fransalı müdafiəçiyə 2030-cu ilə qədər davam edəcək yeni müqavilə təklif edib. Lakin o, bunu qəbul etməyib.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Konatenin hazırki sözləşməsi gələn ilin yayında başa çatır. Onunla "Real Madrid" yaxından maraqlanır.
"Kral klubu" onu gələn yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.