AZ

Valideynlərlə yaşayan gənc cütlüklərə mətbəxdə münaqişələrdən qaçmaq üçün məsləhətlər

Valideynlərlə eyni evdə yaşayan gənc cütlüklərin mətbəxdə qarşıdurmalardan qaçınması üçün düzgün təşkilatlanma vacibdir.

E-saglam.az xəbər verir ki, bu barədə interyer dizayneri və Mr.Doors dizayn şirkətinin məhsul direktoru Kseniya Kuznetsova Lenta.ru saytına danışıb.

Onun sözlərinə görə, bir mətbəxdən bir neçə nəfərin istifadə etdiyi hallarda, bütün istifadəçilərin fizioloji xüsusiyyətləri – boyu, bədən quruluşu, həyat tərzi, iş qrafiki və məişət vərdişləri nəzərə alınmalıdır. Bu, mətbəx sahəsini elə təşkil etməyə kömək edir ki, hər kəs burada özünü rahat hiss etsin.

Kuznetsova əlavə edib ki, hər bir ailə üzvünün şəxsi istifadə üçün ayrıca qab-qacaq və qida saxlama yerlərinin olması münaqişə riskini azaldır.

Mətbəx sahəsi məhduddursa, hər santimetrdən maksimum istifadə etmək tövsiyə olunur. Bu zaman tavana qədər uzanan siyirməli xüsusi ölçülü mebel seçilə bilər. Daha geniş mətbəxlərdə isə bar tipli sayğaclar əlavə iş səthi kimi istifadə oluna bilər. Kiçik mətbəxlərdə isə pəncərəaltı səthlərdən dəzgah kimi yararlanmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr