AZ

Braziliyalı hücumçunu bura gəlməyə razı sala bilmədi - RONALDO

“Real”ın hücumçusu Rodriqo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan aldığı təklifi rədd edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo şəxsi təşəbbüslə Rodriqonu transferə razı salmağa çalışsa da, o, qərarından dönməyib.

Braziliyalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. “Liverpul”un kolumbiyalı hücumçusu Luis Dias klubdan ayrılarsa, “qırmızılar” Rodriqo üçün “Real”a rəsmi təklif göndərə bilər.

24 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 54 oyunda meydana çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
sportinfo.az

1Mənbələr