AZ

Milli Qəhrəman Polad Həşimovun anası: Döyüşdə əsgəri qabağa keçməyə qoymayıb, öndə özü gedib

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı bu gün də yaşadılır.

P.Həşimovun şəhadətindən sonra Azərbaycanda yüzlərlə ailə övladlarına "Polad" adını qoyaraq həm qəhrəman generalın xatirəsini unutmur, həm də vətənə sevgi hissini onların adında əks etdirir.

Şəhidin adını daşıyan uşaqlardan bir neçəsi Baku TV-yə danışarkən Polad Həşimov kimi qəhrəman olmaq istədiklərini söyləyiblər. "Adım Poladdır. Mən də böyüyəndə general olacağam", - deyə onlardan biri qürrələnib.

General-mayorun anası Səmayə Həşimova isə oğlunun qəhrəmanlığı ilə qürur duyaraq deyib ki, Polad Həşimov döyüşdə əsgəri qabağa keçməyə qoymayıb, öndə özü gedib.

Ətraflı süjetdə:

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr