AZ

David Oliveyra Souza “Karvan”da - Rəsmi

Braziliyalı mərkəz hücumçusu, 28 yaşlı futbolçu David Oliveyra Souza bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Son olaraq Maltanın “Zabbar” klubunda çıxış etmiş forvard Azərbaycan təmsilçisinə azad agent kimi keçib.

David Oliveyra Souza Braziliyada “Assiense-SP”, Portuqaliyada “Aqias Moradal” kimi klubların da şərəfini qoruyub. 28 yaşlı forvard 2022-ci ildən “Zabbar”da çıxış edirdi. O, Malta klubunun heyətində 64 oyuna 30 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov və Araz Abdullayevi də heyətinə qatmışdı. Qapıçı Kamran İbrahimov isə Yevlax klubu ilə yeni müqaviləyə imza atıb. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov da əyalət təmsilçisini tərk ediblər.

Seçilən
34
arena.az

1Mənbələr