Stefano Pioli rəsmən İtaliya A Seriyasına qayıdıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "Fiorentina"nın yeni baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Pioli son olaraq "Əl-Nəsr"i çalışdırırdı. 

59 yaşlı mütəxəssis daha əvvəl də "Fiorentina"da baş məşqçi kimi işləyib. O, 2017-19-cu illər arasında Florensiya təmsilçisinə başçılıq edib.