AZ

Bu bürclər rəhbər olmaq üçün doğulur

ain.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.

Sfera.az xəbər verir ki, təxminən 8.700 işçini əhatə edən sorğunun nəticələrinə görə, Əkizlər, Şir və Tərəzi bürcləri ən çox rəhbər vəzifələrdə çalışırlar. Balıqlar və Xərçəng bürcləri isə yaradıcılıq tələb edən peşələrdə, məsələn, incəsənət və dizayn sahələrində üstünlük təşkil edir.

Digər tərəfdən, Oğlaq, Buğa və Qız bürclərinin maliyyə, hüquq və mühasibatlıq kimi sahələrə meyilli olduğu müəyyən edilib. Araşdırmaya görə, ən yüksək gəlirə sahib işçilərin əksəriyyəti Şir bürcü nümayəndələridir.

Ən çox iş dəyişənlər isə Əkizlər bürcündə doğulanlardır. Mütəxəssislər bildirirlər ki, nəticələr maraqlı olsa da, bürclərin karyera seçiminə elmi təsiri hələlik sübut edilməyib. Bununla belə, statistik göstəricilər bürclərin insanların maraqlarına və iş həyatına müəyyən dərəcədə təsir göstərə biləcəyini ehtimal etdirir.

Fidan Hacızadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
4
sfera.az

5Mənbələr