AZ

Tezliklə Premyer Liqaya qayıdacaq - İngiltərəli yarımmüdafiəçi

Bir neçə gün əvvəl “Ayaks”dan ayrıldığı açıqlanan Cordan Henderson tezliklə İngiltərə Premyer Liqasına qayıdacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Brentford”la müqavilə imzalayacaq.

35 yaşlı futbolçu ilə imzalanacaq müqavilənin müddəti 2 il olacaq və 2027-ci ilin ortalarına kimi davam edəcək. Premyer Liqaya dönüş Henderson üçün əsas prioritetlərdən biridir.

Transferin rəsmi elanının bir qədər gecikməsi, ötən günlərdə “Liverpul”un forvardı Dioqo Jotanı avtomobil qəzasında itirən ailəyə hörmət əlaməti olaraq göstərilir.

Henderson “Liverpul”da 12 il çıxış edib və uzun müddət komandanın kapitanı olub.

Seçilən
1
sportinfo.az

1Mənbələr