AZ

Trampı ölümlə hədələdi, prokurorluq 52 yaşlı amerikalını həbs etdi - görün nələr planlayıbmış

Musavat.com xəbər verir ki, Texas ştatının San-Antonio şəhərində yaşayan 52 yaşlı Robert Herrera ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələdiyi üçün saxlanılıb. Bu barədə məlumatı ABŞ-ın Texas Qərb dairə prokurorluğu yayıb.

İstintaqın açıqladığı təfərrüatlara görə, Herrera sosial şəbəkədə Trampın Texas ştatına planlaşdırılan səfəri ilə bağlı paylaşıma cavab olaraq “bu dəfə səhv etməyəcəm” yazıb və 2024-cü il 13 iyul tarixində baş vermiş sui-qəsd cəhdinin fotosunu əlavə edib.

Bununla da kifayətlənməyən Herrera şəxsi səhifəsində şturm tüfəngi və dolu sandıqların şəkillərini paylaşaraq, açıq-aşkar təhlükə siqnalları yaradıb. Bu paylaşımlar dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Federal prokurorluq Robert Herreranın hazırda ciddi ittihamlarla üzləşdiyini və məhkəmə prosesinin başladığını bildirib.

Ekspertlər bu hadisənin ABŞ-da siyasi liderlərə qarşı təhlükələrin hələ də yüksək səviyyədə olduğunu bir daha göstərdiyini vurğulayırlar. Tramp isə hazırda ABŞ prezidenti kimi ikinci dönəmini davam etdirir və bu tip sui-qəsd hədələri onun təhlükəsizlik komandasını daha da sərt tədbirlər görməyə məcbur edir.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr