AZ

Üç ölkədən Putinə qarşı plan – Tramp Kremli belə “tələyə saldı”

Rusiya-Ukrayna müharibəsində vəziyyət nə olursa-olsun, Moskvanın regionda və dünya səhnəsində daha aqressiv mövqe tutacağı ehtimalı artmaqdadır. Analitiklərin fikrincə, Rusiya müharibədə qalib gəlib-gəlməməsindən asılı olmayaraq təhlükəli faktor kimi qalacaq və ətraf ölkələrə qarşı təzyiqlərini artırmaqdan çəkinməyəcək.

ABŞ və kollektiv Qərb, bu ölkənin daxildən zəifləməsi, iqtisadiyyatının çökməsi və siyasi stabilliyinin pozulması üçün müharibənin davam etməsinə çalışır. Bu strategiya nəticəsində Moskva üzərində daxili təzyiqlər artacaq, nəticədə uzunmüddətli perspektivdə region və qlobal təhlükəsizlik üçün daha mürəkkəb və riskli situasiya formalaşa bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, əslində ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası, Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın məqsədi Ukraynanın Rusiya üzərində mütləq qələbə qazanması deyildi:

“Burada plan müharibənin uzun müddət davam etməsi, daha çox rus əsgərinin öldürülməsi, Rusiyanın iqtisadi böhrana sürüklənməsi, nəticədə etiraz dalğasının yaranması və Prezident Vladimir Putinin devrilməsi idi. Amma Moskva ciddi problemlə üzləşsə də, Putinin devilməsi planı baş tutmadı.

DonaldmTramp ABŞ-da hakimiyyətə gəldikdən sonra isə Ukraynaya təzyiq etdi və Kremlə dəstək xarakterli addımlar atdı. Çünki Trampın xarici siyasətlə bağlı fərqli strategiyası var. O hesab edir ki, Baydenin yanlış strategiyası nəticəsində Rusiya-Çin-Şimali Koreya ittifaqı yaranıb. Bununla da ABŞ-ın maraqlarına zərbə vurulub. Ona görə Tramp Rusiya ilə münasibətləri normallaşdırmaqla Çinə qarşı ticarət savaşında Rusiyanın ABŞ-nin qarşısında yer almamasına çalışır. Bu baxımdan Ukrayna ilə bağlı Rusiyaya qarşı sərt təzyiq etməyə və sanksiyaları nəzərdən keçirməyə tələsmir”.

Eli

Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu əlavə edib ki, Tramp administrasiyası ABŞ-ın maraqlarına təhdid yaratmayacaq zəif Rusiya istəyir:

“Əslində Ukrayna savaşı Rusiyanın zəifləməsinə səbəb olub, beynəlxalq mövqeləri zədələnib, iqtisadi problemlər artıb. Bu da o deməkdir ki, Tramp administrasiyasının istədiyi Rusiya artıq var. Düşünürəm ki, Rusiyanın getdikcə zəifləməsi Kremldə aqressiya yarada bilər, amma bu daha çox ritorikanın sərtləşməsi ilə müşahidə olunacaq.

Aqressiv siyasət və diktə dili Rusiya üçün əlavə problemlərə səbəb ola və ona qarşı ittifaqları gücləndirə bilər. Bu baxımdan hesab edirəm ki, Kreml rəsmilərinin təhdid dili siyasi kursa çevrilməyəcək. Rusiya bundan sonra daha ehtiyatlı davranmağa məcbur olacaq”.

Seçilən
8
1
turkustan.az

2Mənbələr