AZ

Mən hədəfdən yayınmayacağam: Trampı öldürmək istəyən texaslı həbs olundu

ABŞ-da prezidenti Donald Trampı ölümlə hədələyən daha bir şübhəli həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Texas ştatının Qərb dairəsi üzrə prokurorluğu məlumat yayıb.

Bildirilir ki, söhbət Trampın daşqınlar nəticəsində ən azı 119 nəfərin həlak olduğu, 160-dan çox insanın itkin düşdüyü Texasa səfəri fonunda sosial şəbəkələrdə “Mən hədəfdən yayınmayacağam” sözləri ilə mesaj yazan Amerikanın San Antonio şəhər sakinindən gedir.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli 52 yaşlı Robert Herrera Trampın Texasa səfəri ərəfəsində cümə axşamı gecə həbs edilib. Bildirilir ki, təhdid mesajları ilə yanaşı, həmin şəxs 2024-cü il iyulun 13-də sui-qəsd cəhdi günü Trampın fotolarını, həmçinin avtomat və doldurulmuş silah darağının fotolarını yerləşdirib.

Araşdırma aparılır.

Seçilən
156
40
publika.az

10Mənbələr