Stefano Pioli "Fiorentina" baş məşqçisi təyin olunub.
İdman.biz xəbər verir ki, İtaliya klubu 59 yaşlı mütəxəssislə 2028-ci il iyunun 30-na kimi müqavilə imzalayıb.
Pioli futbolçu kimi 1989-1995-ci illərdə "Fiorentina"da çıxış edib və 2017-2019-cu illərdə məşqçi kimi komandaya rəhbərlik edib.
Qeyd edək ki, italiyalı mütəxəssis son olaraq Kriştiano Ronaldolu "Əl-Nəsr"i çalışdırıb.
İdman.biz