AZ

"Qarabağ" həmişə mənim bir parçam olacaq, getdiyim yerə sizi də özümlə aparacam”

"Bu anlar ürəyimdə əbədi qalacaq.

Premyer Liqada titullar, avrokuboklarda yaxşı nəticələr əldə etdik".

Sportinfo/az xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan monteneqrolu legioner Marko Veşoviç sosial şəbəkə hesabında paylaşıb.

Cinah müdafiəçisi Ağdam klubunda unudulmaz dörd il keçirdiyini yazıb:

"İlk günlərdən azarkeşlərin dəstəyini hiss edirdim. Bunu heç vaxt unutmayağacam.

"Qarabağ" həmişə mənim bir parçam olacaq. Yeni bir səhifə açmaq vaxtıdır.

Amma getdiyim yerdə sizi də özümlə aparacam. Bütün qəlbimlə təşəkkür edirəm".

2021-ci ildən "Qarabağ"da forma geyinən 33 yaşlı Marko 2024/2025 mövsümünün sonunda klubdan ayrılıb.

Seçilən
3
sportinfo.az

1Mənbələr