ABŞ prezidenti Donald Trampın Ukraynaya təchizatını əsasən müdafiə silahları ilə məhdudlaşdırmaq qərarı qışa qədər sursat qıtlığına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu finlandiyalı hərbi ekspert Emil Kastexelmen “İltalehti” nəşrinə deyib.
“Ən pis halda, payızın sonuna qədər Ukrayna sursat çatışmazlığı ərəfəsində olacaq”, - Kastexelmen bildirib.
Ekspert hesab edir ki, ABŞ hərbi yardım üçün ayrılan vəsaitdən payıza qədər tədarükləri davam etdirəcək, lakin qışın gəlməsi ilə yeni tranşlarla bağlı çətinliklər yarana bilər.
Eyni zamanda, nəşr qeyd edir ki, Avropa istəsə belə, ABŞ-dan silah tədarükünün həcmini kompensasiya edə bilməyəcək.