AZ

İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib

İtaliyada BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanesenin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün imzatoplama kampaniyasına start verilib.

Operativ Media xəbər verir ki, müvafiq ictimai petisiya change.org portalında yerləşdirilib və üç gün ərzində 8,5 mindən çox imza toplayıb. İmzalayanların sayı isə artmaqda davam edir.

Bundan əvvəl Françeska Albanese ABŞ tərəfindən Fələstinlə bağlı hazırladığı hesabatlara və verdiyi çağırışlara görə antisemitizmi təşviq etməkdə və terrorizmi dəstəkləməkdə ittiham olunub. Bu səbəbdən ona qarşı sanksiyalar tətbiq edilib. Belə bir məhdudiyyətin tətbiqinə dair qərarı ABŞ dövlət katibi Marko Rubio şəxsən verib.

Seçilən
123
operativmedia.az

1Mənbələr