Yenidən Premyer Liqaya qayıdan “Qəbələ” heyətini gücləndirməyə çalışır. Msport.az xəbər verir ki, “qırmızı-qaralar” Adriel Ba Loua ilə anlaşıb.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun son klubu Fransa “Kan”ı olub.
Yarımmüdafiəçi buna qədər ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) çıxış edib.
O, “Viktoriya Plzen”lə Çexiya, “Lex”lə isə Polşa çempionu olub. Ba Loua 2022-ci ildə Çempionlar Liqasında “Lex”in “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda 28 dəqiqə meydanda olub. Qeyd edək ki, cavab matçında Ağdam klubu 5:1 hesabı ilə qələbə qazanmışdı.