AZ

Skandal ölüm, sükutlu vida – Starovoytun sevgilisi mərasimə qoruma ilə qatıldı

Skandal

Keçmiş nəqliyyat naziri Roman Starovoytun sevgilisi onun dəfn mərasiminə şəxsi mühafizəçilərlə qatılıb. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.Məlumata görə, Roman Starovoyt Sankt-Peterburqdakı Smolensk qəbiristanlığında dəfn olunub. Sevgilisi Polina Kopylova anası ilə birlikdə vida mərasiminə şəxsi mühafizəçilərin müşayiəti ilə gəlib. O, mərasimdə sonadək qalıb və məzarın üzərinə torpaq ataraq vida edib.Vida mərasimində həmçinin Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin rəhbəri Aleksandr Drozdenko və mərhumun yaxınları iştirak edib.Daha əvvəl bildirilmişdi ki, Starovoytun sevgilisi Polina evsiz qalıb və hazırda Moskvada oteldə qalmağa məcburdur. Onun doğma şəhəri Kurska qayıtmadığı, orada həyatına təhlükə olduğu iddia edilir.Dəfn mərasimində Polina mərhumun yaxın qohumlarının arxasınca gedib. Vida yürüşünə keçmiş nazirin qardaşı, keçmiş həyat yoldaşı, qızları və anası başçılıq edib.Ulusum.az

Diqqət Çəkənlər

Tanınmış jurnalistlə vida: Gülbəniz Arif qızı dünyasını dəyişdi

Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO

Qarabağda yeni klinikalar tikiləcək – TƏBİB-dən açıqlama

Seçilən
2
ulusum.az

1Mənbələr