AZ

Jurnalist maskası altında casusluq: Sovetdən günümüzə Rusiya mediasının kölgə strategiyası

Bakı. Trend:

Tarix boyunca informasiya nəzarəti və yönləndirilməsi böyükgüclərin geosiyasi strategiyalarının əsas tərkib hissəsi olub. Bubaxımdan Sovet İttifaqı və onun varisi olan Rusiya Federasiyası özmedia institutlarından yalnız ictimaiyyətə məlumat vermək üçün yox,həm də xarici ölkələrdə kəşfiyyat, nüfuz və destabilizasiyavasitəsi kimi istifadə etməklə seçiliblər.

Sovet dövründə formalaşmış “jurnalist-kəşfiyyatçı” konseptizaman keçdikcə təkmilləşdirilərək müasir informasiyatexnologiyalarına uyğunlaşdırılıb. Bu prosesin simvollarından biriisə şübhəsiz ki, "Sputnik" kimi “media” görünümlü, lakin əslindəgeosiyasi manipulyasiya maşını olan strukturlardır.

Sovet İttifaqında kəşfiyyat fəaliyyəti təkcə klassik “casusluq”forması ilə məhdudlaşmırdı. KQB və onun xarici kəşfiyyat bölməsiüçün informasiya məkanına nəzarət əsas prioritet idi. Bu idarələröz əməkdaşlarını tez-tez “jurnalist” kimi tanıdaraq, onları xariciölkələrə göndərirdilər.

1970–80-ci illərdə çoxsaylı KQB sənədləri göstərir ki, Sovetjurnalistlərinin əksəriyyəti kimi media orqanlarında çalışsalar da,paralel olaraq KQB ilə sıx əlaqədə idilər və müəyyən ölkələrdəinformasiya toplamaq, təsir dairəsi qurmaq, əlaqələr yaratmaqlaməşğul idilər. Hətta bəzi ölkələrdə Sovet jurnalistlərinin sayırəsmi səfirlik heyətindən belə çox olurdu. SSRİ-nin dağılmasındansonra bu “jurnalist-kəşfiyyatçı” ənənəsi bir müddət səngisə də,müəyyən müddət sonra bu fəaliyyət yeni formada bərpa olundu – budəfə “açıq media müstəvisi” adı altında.

Bunlardan biri də “Rossiya Segodnya” media qrupu tərəfindənyaradılan "Sputnik" idi. "Sputnik"in əsas funksiyaları Kremlinmaraqlarına uyğun informasiya yaymaq, qərb ölkələrində və postsovetməkanında “alternativ həqiqət” yaratmaq, seçkiqabağı dövrlərdəictimai rəyə təsir göstərmək və ən əsası da xüsusi xidmətorqanlarına informasiya toplamaq və lokal şəbəkə qurmaqdanibarətdir.

Bu qurumun rəhbərlik və əməkdaş heyətinin böyük hissəsi yakeçmiş xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərdən, ya da Kremləyaxın mediadan gələn şəxslərdən ibarətdir. Məsələn, SputnikAzərbaycan-a rəhbərlik etmiş Vitali Denisov – əvvəllər SputnikMoldova və digər bürolarına rəhbərlik etmiş, QRU (Baş Kəşfiyyatİdarəsi) ilə bağlılığı olan şəxs kimi tanınır. Həm Moldova, həm dəAzərbaycan onu təhlükəli informasiya fəaliyyətinə görə ölkədəndeportasiya edib.

Bugünkü dünyada Rusiya informasiya siyasətində “hibrid yanaşma”tətbiq edir. Bu strategiyada klassik hərbi əməliyyatlarla yanaşıkiber əməliyyatlar, dezinformasiya kampaniyaları, sosial mediamanipulyasiyası, urnalist və ekspert qılığında kəşfiyyatçılarınfəaliyyəti paralel şəkildə istifadə olunur. Bu metodlar çox vaxthüquqi cəhətdən sübut edilməsi çətin olan, lakin real nəticələrdoğuran təhdidlər yaradır.

Ölkəmizdə “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və başredaktor Yevgeni Belousovun saxlanılması saxlanılması faktı, buşəxslərin jurnalistika adı altında Azərbaycana qarşı casusluqfəaliyyət göstərmələri ilə izah olunur. Burada casusluq artıq gizlimikrofilmlərlə deyil, redaktə edilmiş xəbər başlıqları vəmanipulyativ şərhlərlə aparılır.

Bu təhlükəni ilk anlayanlardan biri Avropa İttifaqı oldu.2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından dərhalsonra "Sputnik" və RT agentlikləri Avropa ərazisində rəsmi olaraqqadağan edildi. Bu addımın səbəbi kimi onların “təkcədezinformasiya yaymaları yox, həm də hibrid informasiyamüharibəsinin alətləri olması” göstərildi.

Oxşar qərarları Kanada, Böyük Britaniya, Ukrayna, Avstraliya vəLatın Amerikası ölkələri də qəbul etdi. Bu qadağaların əsas motivi:"Sputnik" və RT-nin jurnalist qurum deyil, dövlətin informasiyakəşfiyyat strukturunun bir hissəsi olmasıdır.

Məqalədə:
Seçilən
4
1
az.trend.az

2Mənbələr