AZ

Yeni baş məşqçi onun xoşuna gəlirmi? - MARAQLI AÇIQLAMA

"Sabah"ın almaniyalı legioneri Coy-Lens Mikkels Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Çelye" ilə matç haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Masazır klubunun legioneri Bakıdakı məğlubiyyəti bu cür şərh edib:

"Çelye"yə qarşı görüş çox çətin alındı. Əslində, belə olacağını da ehtimal edirdik.

"Çelye" topla çox oynamağı sevən rəqibdir. Bu da bizə çətinlik yaradırdı.

Son dəqiqə qolu ilə uduzduq. Lakin qarşıda "Çelye" ilə daha bir oyunumuz da var. Sona qədər mübarizə aparacağıq".

O, komandasının yeni sistemi barədə də fikirlərini bildirib:

"Yeni sistem deyəndə ki, biz öz oyunumuzu oynayırıq. Baş məşqçimizin oyun stili yaxşıdır, hücum futbolu oynayırıq. Son mövsümdəki kimi çıxış edirik.

Daha yaxşı olmağa, növbəti həftə daha gözəl futbol oynamağa, nəticə qazanmğa çalışacağıq. "Come back" edəcəyimizə inanıram".

"Sabah" ilk görüşdə "Çelye"yə 2:3 məğlub olub. Cavab görüşü isə bir həftə sonra Sloveniyada keçiriləcək.

Seçilən
11
sportinfo.az

1Mənbələr