AZ

Milan a yox dedi, Fənərbaxça nın təklifini qəbul etdi

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Milan" və "Fənərbaxça"nın transfer etmək istədiyi Arçi Broun qərarını verib.

Sportal.az xəbər verir ki, "Gent"in müdafiəçisi Türkiyə klubunun təklifini qəbul edib. Bu barədə italiyalı jurnalist Canluka Di Martsio məlumat yayıb.

İngiltərəli futbolçu yaxın günlərdə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Broun "Fənərbaxça" ilə 4+1 illik müqavilə imzalayacaq. 23 yaşlı sol cinah müdafiəçisinin illk maaşı 1,5 milyon avro olacaq.

Qeyd edək ki, "Gent" Arçi Brounu 2023-cü ilin yayında İsveçrənin "Lozanna" klubundan transfer edib. İngiltərə U-20 millisinin üzvü ötən mövsüm Belçika təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sportal.az

2Mənbələr