AZ

Hindistan Su-30 qırıcısından “Astra” raketinin sınağını həyata keçirib

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) ölkənin Hərbi Hava Qüvvələri ilə birlikdə Su-30 Mk-I döyüş təyyarəsindən “hava-hava” tipli “Astra” raketinin sınağını yerinə yetirib.

“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, sınaq zamanı müxtəlif məsafələrdə, hədəf bucaqlarında və buraxılış şəraitlərində yüksək sürətli pilotsuz hava hədəflərinə qarşı iki buraxılış həyata keçirilib və hər iki halda hədəflər dəqiqliklə məhv edilib.

Bildirilib ki, sınaqda raket üçün DRDO tərəfindən yerli şəkildə layihələndirilmiş və hazırlanmış RF (radio rezlik) arayıcısı da daxil olmaqla, bütün alt-sistemlər gözlənildiyi kimi işləyib.

Seçilən
10
poliqon.az

1Mənbələr