Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Bu gün Azərbaycanda qarpızın kilosu 25-30 qəpiyə olduğu bir vaxtda Çindən bu məhsulun idxalı ağlabatan deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanın Çindən qarpız alışını 300 dəfə artırması ilə bağlı statistikadan danışarkən deyib.
Ekspert bildirib ki, Çindən Azərbaycana qarpız idxalı ancaq qış aylarında mümkündür:
"Yanvar, fevral və mart aylarında Çindən Azərbaycana qarpız idxal olunur. Bu il kommunikasiyalar intensivləşdiyindən qış aylarında Bakıya daha çox qarpız gəlir. Məsələn, əvvəllər 200-300 kq qarpız gətirilirdisə, indi 3 ton gətirilir. Əvvəllər 3 ton qarpız gəlirdisə, indi 9 ton gətirilir. Hazırda isə yaydır, Çindən gətirilən qarpıza ehtiyac yoxdur".
Akif Nəsirlinin sözlərinə görə, yay aylarında Azərbaycanda kifayət qədər qarpız becərilir:
"Bununla da Azərbaycanın daxili təlabatı ödənilir. Hələ ixrac da edilir. Çindən idxal qış ayları üçündür. Statistika 6 aylıq elan olunur. 7-ci ayda qışda Çindən Azərbaycana idxal olunan qarpız barədə məlumat verilir. Ona görə də hanı bizim yerli qarpızlar deyə təəcüblənirik".
Bahar Rüstəmli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.