AZ

Bakının bu rayonunda köhnə mənzillər 6% bahalaşdı - AÇIQLAMA

İyunda mənzil bazarının köhnə tikililər üzrə seqentində ən çox bahalaşma Səbail rayonunda baş verib.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Səbail rayonunda yerləşən köhnə tikililərdə mənzillər may ayı ilə müqayisədə 4% bahalaşıb.

Bazarın bu seqmentində paytaxtın rayon və qəsəbələri üzrə ucuzlaşma Pirallahı qəsəbəsində qeydə alınıb.

Pirallahida köhnə mənzillərin dəyəri 0,2% ucuzlaşıb.

Qiymət bahalaşmasındə Səbaili Nərimanov və Nəsimi rayonları izləyib. Nəsimidə köhnə tikililərdə mənzillər 2,6%, Nərimanovda isə 2% bahalaşıb.

İllik müqayisədə bazarın bu seqmentində qiymət artımlarına Qaradağ rayonu liderlik edib. Bu ərazidə köhnə binalarda mənzillərin dəyəri 6% artıb:

"Qaradağı illik 27% artımla Yasamal izləyib. İllik əsasda köhnə tikililər üzrə ən az bahalaşma Pirallahı, Xəzər, Suraxanı,Nizami və Binəqədi rayonlarından qeydə alınıb".


Seçilən
16
2
news24.az

3Mənbələr