BAKI, 12 iyul. TELEQRAF
İyunda mənzil bazarının köhnə tikililər üzrə seqentində ən çox bahalaşma Səbail rayonunda baş verib.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Səbail rayonunda yerləşən köhnə tikililərdə mənzillər may ayı ilə müqayisədə 4% bahalaşıb.
Bazarın bu seqmentində paytaxtın rayon və qəsəbələri üzrə ucuzlaşma Pirallahı qəsəbəsində qeydə alınıb.
Pirallahida köhnə mənzillərin dəyəri 0,2% ucuzlaşıb.
Qiymət bahalaşmasındə Səbaili Nərimanov və Nəsimi rayonları izləyib. Nəsimidə köhnə tikililərdə mənzillər 2,6%, Nərimanovda isə 2% bahalaşıb.
İllik müqayisədə bazarın bu seqmentində qiymət artımlarına Qaradağ rayonu liderlik edib. Bu ərazidə köhnə binalarda mənzillərin dəyəri 60% artıb:
"Qaradağı illik 27% artımla Yasamal izləyib. İllik əsasda köhnə tikililər üzrə ən az bahalaşma Pirallahı, Xəzər, Suraxanı,Nizami və Binəqədi rayonlarından qeydə alınıb".