AZ

Xaqan Əhməd rəqiblərindən bir qədər də uzaqlaşdı

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahmatçımız Xaqan Əhməd beynəlxalq "Lankaran Open" festivalında növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, hazırda aktivində 6 xal olan təmsilçimiz rəqiblərindən uzaqlaşıb.

Beş iştirakçının, o cümlədən sürətli yarışda qalib olmuş ukraynalı Vitali Bernadski və Rüstəm Rüstəmovun hərəyə beş xalı var.

Qeyd edək ki, "Lankaran Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
sport24.az

1Mənbələr