"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyn” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
"Zirə" bunadək 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə qalib gəlib (2:1).
Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 16 iyul (iki oyun) tarixində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta