Belçika dörd ədəd “NHIndustries” NH90 taktiki nəqliyyat helikopterini cari ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin istismarından çıxaracaq.
“Poliqon” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Theo Francken özünün “X” hesabında paylaşım edib.
Paylaşımda NH90-ların istismardan çıxarılmasını əsaslandıran T.Francken, bunun pis tədarük olduğunu və sözügedən helikopterlərin baxımının son dərəcə baha başa gəldiyini qeyd edib.
Nazir bildirib ki, 2026-cı ildə NH90-ların əvəzinə yeni helikopterlər gələcək.