AzVision.az xəbər verir ki, amerikalı diplomat Suriya Demokratik qüvvələrinin (SDQ) YPG-nin, YPG-nin isə PKK-nın törəməsi olduğunu bildirib. Tom Barak PKK-nın silahı yerə qoymağa başlamasını Türkiyə üçün çox böyük hadisə kimi qiymətləndirib.
“Biz heç kimə dövlət yaratmağa borclu deyilik. Bəli, İŞİD-ə qarşı YPG ilə ittifaqımız var idi, lakin bu, onlara müstəqil idarəçilik verməli olduğumuz anlamına gəlmir. Onlara vahid Suriya daxilində keçid prosesində iştirak təklif oluna bilər”,- ABŞ-nin Türkiyədəki səfiri vurğulayıb.
ABŞ Konqresinin Suriyada SDQ-yə rəğbət bəslədiyini qeyd edən Tom Barak, Amerikanın bu qrupun Suriya hökumətinə daxil olmasının yolunu açmaq istədiyini bildirib.
- Bu, Suriyada azad Kürdüstanın tanınması deyil. Bu o demək deyil ki, ayrıca SDQ dövləti və ya ayrıca Ələvi və ya Yəhudi dövləti olacaq. Suriya var, formalaşır. Suriyanın öz konstitusiyası və parlamenti olacaq”,- Tom Barak bildirib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta