“Araz-Naxçıvan” Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun xidmətində maraqlıdır.
İdman.biz “Sportinfo”ya istinadən xəbər verir ki, futbolçu ilə danışıqlar başa çatmaq üzrədir.
29 yaşlı arxa xətt oyunçusu Premyer Liqanın bürünc medalçısınin irəli sürdüyü maliyyə şərtləri ilə böyük ölçüdə razılaşıb və son anda başqa bir problem ortaya çıxmasa, onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Neftçi”nin yetirməsinin legioner həyatı mayda başa çatıb. O, 2 illik Polşa macərasını yekunlaşdıraraq, vətənə dönüb. Məmmədov 2023/24-cü il mövsümünü “LKS-Lodz”da keçirib. Bu komanda Polşa Ekstraklasasını tərk edəndən sonra o, "Radomyak"da oynayıb.
İdman.biz