Türkiyə klubu "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Devi Zelkeni transfer edib. Almaniyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Zelke son olaraq "Hamburq" klubunda çıxış edib. O, burada 31 oyunda 22 qol vurub və başa çatan mövsümdə Bundesliqa 2-nin bombardiri olub.