AZ

Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 314,8 min ton həcmində karbamid istehsal olunub.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 3,3 % çoxdur.

İyulun 1-nə 21,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Seçilən
16
3
bakivaxti.az

10Mənbələr