AZ

Xarici səyyahlar Cəbrayılda minapartlama prosesini izləyirlər

Bu gün Cəbrayıla səfər edən dünya səyyahları Mehdili kəndində mina təmizləmə işlərinin həyata keçirildiyi əraziyə yollanıblar.

Modern.az xəbər verir ki, onlara işğal vaxtı torpaqlarımızın minalar və partlamamış hərbi sursatlarla çirkləndirilməsi barədə məlumat veriləcək. Həmçinin səyyahlar minalı sahələrin təmizlənməsi prosesini, ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsini izləyəcəklər.

Qeyd edək ki, qrupa 15 ölkədən 30 səyyah daxildir.
 

Seçilən
11
modern.az

1Mənbələr