"Feyk xəbər" yayanları ciddi cəza gözləyir
Qırğızıstanda yalan xəbər yayanları ciddi cəza gözləyir. Prezident Sadır Japarov kütləvi informasiya vasitələri və internetdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə cərimələr nəzərdə tutan qanunu imzalayıb. Qırğız mediasının yazdığına görə, bu qanun KİV və sosial şəbəkələrdə dezinformasiyanın qarşısını almağı hədəfləyir. Sənəddə vətəndaşların və media qurumlarının yalan məlumat yayması halında cərimə və digər inzibati tədbirlərin tətbiq ediləcəyi qeyd olunub. Qanun artıq rəsmi şəkildə qüvvəyə minib. Ölkə rəsmiləri bunun informasiya təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını bildirirlər.