AZ

Avrokuboklarda 500 cü qolumuz

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub. Peşəkar Futbol Liqasının yetkilisi xəbər verib ki, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçına təsadüf edib.

Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

M.HACIXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
24
xalqqazeti.az

10Mənbələr