Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Alman komik Sebastian Hots "X" sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdini təqdir etdiyinə dair paylaşımına görə Berlində hakim qarşısına çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Suddeutsche Zeitung" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Tirqarten Dairə Məhkəməsinin iclası iyulun 23-nə təyin edilib. Prokurorluq Hotsu cinayətin təşviq edilməsində ittiham edir.
İttihama səbəb onun ötən il iyulun 14-də Trampa hücumdan sonra dərc etdiyi və sonra sildiyi "Faşistlərin ölməsini tamamilə fantastik hesab edirəm" paylaşımı olub.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də siyasətçi Pensilvaniya ştatının Batler şəhərində keçirilən kampaniya mitinqində Trampa atəş açılıb. Siyasətçi qulağından yüngül yaralanıb.
Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks olub - o, Məxfi Xidmət əməkdaşları tərəfindən yerindəcə öldürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.