Azərbaycan şahmatçısı Xaqan Əhməd beynəlxalq “Lankaran Open” festivalında ən yaxın izləyicilərindən bir xal uzaqlaşıb.
İdman.biz xəbər verir ki, o, yeddinci turda turnirdə 6-cı qələbəsini qazanaraq, xalını altıya çatdırıb və rəqiblərindən uzaqlaşıb.
Beş iştirakçının, o cümlədən sürətli yarışda qalib olmş ukraynalı Vitali Bernadski və Rüstəm Rüstəmovun hərəyə beş xalı var.
Qeyd edək ki, “Lankaran Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
İdman.biz