ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Mülki Müqavilə” partiyasının yüksək vəzifəli şəxsləri Gorusdadır.
Bakupost.az erməni mediasına istinadən bildirir ki, Paşinyan toplantı yeri kimi “Gorus” otelini seçib.
"Mülki müqavilə" Partiyasının əksər funsionerlərinin də artıq bu otelidə olduğu qeyd edilib.
Hazırda otelin yaxınlığında polis gücləndirilmiş iş rejimindədir.
"Mülki müqavilə" Partiyasının 200-ə yaxın üzvü siyasi toplantıda iştirak etmək üçün Gorusa gəlib.
Məlumata görə, dünən Gorusda toplantı keçirilib.
Maraqlıdır ki, toplantıda müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslər də iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.