Kayseridə (Türkiyə) minik maşını ilə mikroavtobus toqquşub.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Qəza yerli vaxtla səhər saat 12:30 radələrində Kocasinan rayonunda, Erkilet bulvarında baş verib.
Hadisə yerinə polis və təcili tibbi yardım göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müxtəlif xəstəxanalara aparılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”