AZ

İranda Türkiyə vətəndaşı itkin düşüb

İranda Türkiyə vətəndaşı itkin düşüb.

"Azad Iran" teleqram kanalı xəbər verir ki, bu barədə itkin düşən Serkan Erenin təsis etdiyi Ştutqartda yerləşən “Stelp” xeyriyyə təşkilatı məlumat yayıb.

Məlumata görə, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir.

Təşkilat axtarışda Türkiyə rəsmilərinin iştirak etdiyini açıqlayıb.

Serkan Eren İrana səfərindən əvvəl Almaniyanın SWR xəbər agentliyinə verdiyi müsahibədə casusluq və ya təxribat ittihamlarından qaçmaq üçün özü ilə peyk telefonu, zirehli jilet və ya dəbilqə kimi təhlükəsizlik və ya rabitə avadanlığı götürməyəcəyini bildirib.

Seçilən
5
14
anews.az

10Mənbələr