AZ

Millimiz Sinqapurla oyunu gözləyir

Bu gün Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti oyunlarına çıxacaq.

İdman.biz xəbər verir ki, komandamız C qrupunda Sinqapur və Ukrayna ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq millilər 1/4 finala yüksələcəklər.

Dünya Qadın Seriyası
12 iyul

11:00. Sinqapur – Azərbaycan
21:15. Azərbaycan – Ukrayna

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
36
1
idman.biz

2Mənbələr