“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”dan Orkun Kökçünü sıralarına cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 2025/26 mövsümünü icarə əsasında “Beşiktaş”da keçirəcək.
Orkun Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.