AZ

Bu çanta 10 milyona satıldı - FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Birkin" çantası "Sotheby's" hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib.

Hərrac evi bildirib ki, bu satış lüks çantalar tarixində ən yüksək məbləğ hesab olunur. Əvvəlki rekord 2021-ci ildə satılan "Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28" modelinə məxsus idi - həmin çanta 513 min dollara alıcı tapmışdı.

Xatırladaq ki, Paris modaevi "Hermès" bu eksklüziv çantanı 1984-cü ildə Ceyn Birkinin şəxsi istifadəsi üçün hazırlamış və onu müğənninin baş hərfləri ilə bəzəmişdi. Çanta illər ərzində yalnız lüksün deyil, həm də ikonik simvolların birinə çevrilib.

Seçilən
9
3
olke.az

10Mənbələr