AZ

Çin alimləri dünyanın ilk kiborq arısını yaratdılar - Casus kimi istifadə oluna bilər

Çinli alimlər kiborq arı yaradıblar.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.

Çin alimləri neyrotexnologiyada inanılmaz irəliləyişə imza atıblar. Onlar ultra yüngül implantasiya edilmiş beyin nəzarətçisi ilə təchiz edilmiş dünyanın ilk kiborq arısını yaratmağa nail olublar.

Tədqiqat Tsinxua Universitetinin bir qrup mütəxəssisi tərəfindən digər elmi institutlarla birgə aparılıb.

Bu texnologiya bioloji sistemlər və elektronika arasında qarşılıqlı əlaqə üçün yeni üfüqlər açır və ətraf mühitin monitorinqi, kənd təsərrüfatı və kəşfiyyat kimi sahələrdə tətbiq edilə bilər.

Alimlərin yaratdığı "nəzarətçi cihaz" arının beyninə implantasiya edilən çevik neyron interfeysdir. Cihaz simsiz rabitə kanalından istifadə edərək siqnalları ötürmək və həşəratın hərəkətini idarə etmək qabiliyyətinə malikdir.

Seçilən
13
publika.az

1Mənbələr