Bakı. Trend:
"Tesla" Hindistanda sərgi salonu açacaq və elektrikliavtomobillərin satışına başlayacaq.
Trend-inməlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrəistinadla xəbər yayıb.
Bildirilir ki, "Tesla"nın Hindistanda ilk sərgi salonu iyulun15-də Mumbay şəhərində, ikinci salon isə ayın sonunda Nyu-Dehlidəfəaliyyətə başlayacaq. Artıq Çindəki zavoddan Hindistana arxaötürücülü "Model Y" yolsuzluq avtomobillərindən ibarət ilk partiyaçatdırılıb və onların satışına avqust ayında start veriləcək.
Qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük avtomobilbazarına sahibdir.
Bununla yanaşı, "Tesla"nın bu ilin ikinci rübündəki satışlarıötən ilin eyni dövrü ilə müqayisədə 13.5 faiz azalaraq 384 122avtomobil təşkil edib.