"Neftçi"nin basketbol komandası avrokubokda çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Avropa Kubokunda (FIBA Euro Cup) mübarizə aparacaq.
Paytaxt təmsilçisi müntəzəm mövsümdə qüvvəsini sınayacaq. Azərbaycanın digər təmsilçisi "Abşeron" isə bu turnirin təsnifat mərhələsində yer alacaq.
Hər iki klubun rəqibləri iyulun 23-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.
"Neftçi" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında gümüş medal əldə edib, "Abşeron" isə 4-cü olub.