Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
Bakues.az xəbər verir ki, Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə “2+2” illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da “6” nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.