AZ

Türkiyədə əcnəbilər bir milyon lirəlik qızıl oğurladılar Ölkədən çıxmaq istəyərkən tutuldular

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Sivas şəhərində zərgərdən 1 milyon lirə (42 min manat - red.) dəyərində qızıl-zinət əşyaları oğurlayan üç əcnəbi Gürcüstana qaçmaq istəyərkən həbs edilib.

Oxu.Az bu barədə İHA agentliyinə istinadən məlumat verib.

Qeyd olunur ki, müştəri adı ilə mağazaya daxil olan şəxslər orada yarım saata yaxın qalıblar.

Özləri ilə gətirdikləri saxta zərgərlik məmulatları ilə əsl qızılları dəyişdirən həmin şəxslər, bununla satıcını aldada biliblər.

Mağazanın sahibi vəziyyətdən xəbər tutan kimi təhlükəsizlik orqanlarına məlumat verib.

Kamera görüntülərindən müəyyən edilib ki, şübhəlilər Gürcüstan dövlət nömrə nişanı olan avtomobillə ölkənin şərqinə doğru hərəkət ediblər. Texniki və fiziki müşahidə nəticəsində nəqliyyat vasitəsinin Artvin üzərindən Gürcüstana qaçmağa çalışdığı müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində oğurluğu həyata keçirən şəxslər saxalnılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
oxu.az

1Mənbələr